Bakıda piyadanı öldürən sərxoş sürücü tutuldu
10-12-2018, 15:41
Oxunub: 1 690
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı birgə məlumat yayıb
Bakı şəhər Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, dekabrın 9-da saat 22 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub, sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Ə.Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər