BolgeXeber.Com » İqtisadiyyat » "iPhone"un Çində satışına qadağan qoyulub

"iPhone"un Çində satışına qadağan qoyulub

11-12-2018, 10:15
Oxunub: 2 649 "iPhone"un Çində satışına qadağan qoyulubÇin məhkəməsi "Apple" şirkətinin "iPhone" smartfonlarının 7 modelinin ölkədə satışına qadağa qoyub.

Bu barədəBolgexeber.com TASS-a istinadən xəbər verir.

Agentliyin məlumatına görə, məhkəmə "Apple" şirkətini, patentlərin pozulmasında ittiham edən "Qualcomm"un iddiası üzrə qərar çıxarıb. Qeyd olunur ki, məhkəmə "iPhone"un bəzi modellərinin idxalına da ilkin qadağa tətbiq edib.

"Apple"in gəlirlərinin təxminən 20 faizi Çindəki satışdan əldə edilir.