BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı modeldən “Cazibə və ehtiras vadisi”

Azərbaycanlı modeldən “Cazibə və ehtiras vadisi”

6-03-2013, 10:40
Oxunub: 10 762 Yeddi ildir model kimi çalışan Elyanora bu günlərdə Moskvadan qayıdıb.
Məşhur modelyer Vyaçeslav Zaysevin moda məktəbində təhsil alan Elyanora “cazibə və ehtiras vadisi” titulunu alıb.

Modelin axşam.az saytına verdiyi məlumata görə, o, agentliklərlə işləməkdən imtina edib:

“Sərbəst çalışmağı xoşlayıram. Çünki Azərbaycanda model biznesi o qədər də yüksək inkişaf etməyib. Hazırda bir çox yeni təkliflər almışam. Onları dəyərləndirməyi düşünürəm. Rəqs etməyi çox sevirəm. Ən böyük arzum dünyanı gəzməkdir. Yəqin ki, tezliklə bunu reallaşdıracağam”.