BolgeXeber.Com » Ölkə » Ramil Usubovdan əmr: Sabiq rəis müavininin vəzifəsi kiçildi

Ramil Usubovdan əmr: Sabiq rəis müavininin vəzifəsi kiçildi

11-12-2018, 11:02
Oxunub: 2 808 Ramil Usubovdan əmr: Sabiq rəis müavininin vəzifəsi kiçildiDaxili işlər naziri Ramil Usubov sabiq rəis müavininin vəzifəsini kiçildib.

Bolgexeber.com unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəis müavini, polis polkovnik-leytenantı Ərşad Əhmədov Ağdam Rayon Polis Şöbəsinə təhqiqatçı təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.