BolgeXeber.Com » İdman » Çempionlar Liqasında günün oyunları - PREVYU

Çempionlar Liqasında günün oyunları - PREVYU

12-12-2018, 10:41
Oxunub: 3 158 Çempionlar Liqasında günün oyunları - PREVYUBu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, E, G, H və F qruplarında son oyunlar keçiriləcək.

İlk üç qrupda artıq bütün nəticələr sona bir tur qalmış bəlli olduğundan son görüşlər, demək olar ki, formal xarakter daşıyacaq. E qrupunda Hollandiyada qrup birincisi müəyyənləşdiriləcək.

Yalnız F qrupunda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmiş “Mançester Siti”yə “Lion”un, yoxsa “Şaxtyor”un yoldaşlıq edəcəyi bəlli olacaq. Həmçinin Donetsk klubu uduzarsa, “Hofenhaym” səfər qələbəsi sayəsində Avropa Liqasına gedəcək.

H qrupunda “Yuventus” və “Mançester Yunayted” qrup birincisini son turda müəyyənləşdirəcək.

E qrupu

00:00 “Ayaks” (Hollandiya) – “Bayern” (Almaniya)

00:00 “Benfika” (Portuqaliya) – AEK (Yunanıstan)

1. “Bayern” 13

2. “Ayaks” 11

3. “Benfika” 4

4. AEK 0

F qrupu

00:00 “Şaxtyor” (Ukrayna) – “Lion” (Fransa)

00:00 “Mançester Siti” (İngiltərə) – “Hofenhaym” (Almaniya)

1. “Mançester Siti” 10

2. “Lion” 7

3. “Şaxtyor” 5

4. “Hofenhaym” 3

G qrupu

21:55 “Real” (İspaniya) – ÇSKA (Rusiya)

21:55 “Viktoriya” (Çexiya) – “Roma” (İtaliya)

1. “Real” 12

2. “Roma” 9

3. “Viktoriya” 4

4. ÇSKA 4

H qrupu

00:00 “Yanq Boyz” (İsveçrə) – “Yuventus” (İtaliya)

00:00 “Valensiya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

1. “Yuventus” 12

2. “Mançester Yunayted” 10

3. “Valensiya” 5

4. “Yanq Boyz” 1