BolgeXeber.Com » Xəbərlər » Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı qərar verildi

Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı qərar verildi

12-12-2018, 15:47
Oxunub: 2 856 Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı qərar verildiNəsimi Rayon Məhkəməsində həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Bolgexeber.com-un oxu.az-a istinadən xəbərinə görə, təqdimat təmin edilib və R.Taxvelinin barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaq orqanı R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə, qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.