BolgeXeber.Com » Bölgə » İmişlidə ailə faciəsi

İmişlidə ailə faciəsi

24-03-2011, 19:55
Oxunub: 6 020
Rayon sakini arvadını öldürdükdən sonra intihar edib.

İmişli rayonunda ailə faciəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə martın 23-ü saat 21.00 radələrində rayonun Xəlfəli kəndində baş verib.

Kənd sakini Teymur Qurbanov ailə münaqişəsi zəminində arvadı Səbinəni döyərək qətlə yetirib. Sonra intihar etmək məqsədilə kimyəvi maddə qəbul edib. Teymur zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.