BolgeXeber.Com » Xəbərlər » Bakı Şəhər Təhsil İdarəsi: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir

Bakı Şəhər Təhsil İdarəsi: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir

12-12-2018, 18:06
Oxunub: 1 840 Bakı Şəhər Təhsil İdarəsi: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdirPaytaxt məktəblərində Yeni il şənliyinin keçirilməsi üçün valideynlərdən pul yığılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) indiyə qədər heç bir müraciət daxil olmayıb".

Bunu "Report"un sorğusuna cavab olaraq İdarədən bildiriblər.

Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində təqvim ilinin yekunları ərəfəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərin keçirilməsi tövsiyə olunur: "Müvafiq tədbirlər məktəblilərin Azərbaycançılıq, həmrəylik və birlik ideyaları ruhunda tərbiyə olunması baxımından daha əhəmiyyətli və gərəklidir".

İdarədən bildirilib ki, ümumi təhsil məktəblərində Yeni il bayramı münasibətilə hər hansı vəsaitin yığılması ilə bağlı valideynlər tərəfindən BŞTİ-yə heç bir müraciət daxil olmayıb: "Belə hallarla rastlaşan şəxslər anonim olmadan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Tel: (012) 599-12-22; E-poçt: [email protected]) müraciət edə bilərlər".