BolgeXeber.Com » Dünya » Ankarada qatar qəzasında ölənlərin sayı 7-yə çatdı

Ankarada qatar qəzasında ölənlərin sayı 7-yə çatdı

13-12-2018, 12:08
Oxunub: 4 758 Ankarada qatar qəzasında ölənlərin sayı 7-yə çatdıTürkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.

Qaynarinfo xəbər verir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.

Qatarda ümumilikdə 206 sərnişin olub. Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.

***09.46

Türkiyənin paytaxtı Ankarada Konyaya doğru hərəkət edən sürət qatarı şəhərətrafı səfər həyata keçirən qatarla toqquşub.

Qaynarinfo xəbər verir ki, qəzadan sonra yerüstü keçid qatarların üzərinə çöküb. Marşandiz stansiyasında baş verən hadisə zamanı 2 vaqon aşıb. Ankara valisi Vasip Şahin 4 nəfərin öldüyünü, 43 nəfərin yaralandığını açıqlayıb.