BolgeXeber.Com » Siyasət » Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib

Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib

13-12-2018, 19:18
Oxunub: 2 570 Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibTamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bolgexeber.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə T.Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.