BolgeXeber.Com » Siyasət » ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi

ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi

14-12-2018, 11:38
Oxunub: 2 330 ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdiABŞ Senatı ölkənin Azərbaycandakı səfiri vəzifəsinə İrli Litsüenberqerin namizədliyini təsdiq edib.

Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, onun namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

Qeyd edək ki, İ.Litsüenberqer bundan öncə Almaniyanın Marşall Fondunda böyük elmi əməkdaş, ABŞ-ın NATO-dakı missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğızıstandakı Səfirliklərində missiya rəhbərinin müavini vəzifələrində işləyib.