BolgeXeber.Com » Siyasət » Kosova ordu qurdu - NATO-dan sərt açıqlama

Kosova ordu qurdu - NATO-dan sərt açıqlama

14-12-2018, 16:43
Oxunub: 2 796 Kosova ordu qurdu - NATO-dan sərt açıqlamaNATO Kosova hakimiyyətinin təhlükəsizlik qüvvələrinin mandatını dəyişməklə bağlı vaxtsız qərarını təəssüflə qarşılayır

NATO-nun narahatlıqlarına baxmayaraq, qəbul edilən bu qərar fonunda bundan sonra Kosovo ilə qarşılıqlı fəaliyyət səviyyəsini yenidən nəzərdən keçirmək lazım gələcək.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nu Baş katibi Yens Stoltenberq deyib.

“Bu gün Kosova institutları təhlükəsizlik qüvvələrinin dəyişməsi prosesinin başlanğıcını qoyan 3 qanunun qəbul edildiyini elan edib. NATO-nun narahatlığına baxmayaraq, bu qanunların qəbul edilməsinə görə təəssüf edirəm. Hərçənd təhlükəsizlik qüvvələrinin transformasiyası qərarının verilməsi məsələsi Kosovanın işi olsa da, biz bu addımın vaxtsız olduğunu aydın şəkildə ifadə etmişdik”, - Baş katib bildirib.