BolgeXeber.Com » Xəbərlər » Əmisi oğlunun arvadına sataşan gəncin yeni görüntüsü yayıldı - VİDEO

Əmisi oğlunun arvadına sataşan gəncin yeni görüntüsü yayıldı - VİDEO

14-12-2018, 17:26
Oxunub: 2 960 Əmisi oğlunun arvadına sataşan gəncin yeni görüntüsü yayıldı - VİDEOÖtən gün Şəmkir rayonunda əmisinin gəlininə sataşdığı iddia olunan oğlanın döyülmə görüntülərini əks etdirən daha bir video yayılıb.

Bolgexeber.com-un A24.Az-a istinadən məlumatına görə, görüntülərdə əmisi oğlunun arvadına sataşan kişi qohumları tərəfindən döyülərək, ağır təhqirlərə məruz qoyulması əks olunub.

Belə ki, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib.

E.Həsənov xanımın Əli adlı həyat yoldaşı tərəfindən ağır işgəncələrə məruz qalıb. Daha sonra əmisi oğlu tərəfindən soyundurularaq biabırçı videosu çəkilib.

Qeyd edək ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə münasibətdə olub.

Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.

Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub, onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.

E.Həsənovun müraciətindən sonra faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (işgəncə, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri keçirilir.