BolgeXeber.Com » Dünya » 5-ci mərtəbədən yıxılan uşağı havada tutdular - VİDEO

5-ci mərtəbədən yıxılan uşağı havada tutdular - VİDEO

15-12-2018, 10:21
Oxunub: 3 186 5-ci mərtəbədən yıxılan uşağı havada tutdular - VİDEORusiyada qeyd edilən bir görüntü ürəkləri ağıza gətirib. Yoldan keçən bir adam 5-ci mərtəbədən yıxılan uşağı havada tutub. Hadisə anı təhlükəsizlik kameralarına anbaan qeyd edilib.

Moderator.az xəbər verir ki, 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən sallanan 5 yaşlı uşağı görən bir qadın kömək istəyib və yoldan keçən 2 nəfər binanın altına qaçıb.

Qadının uşağın olduğu mənzil sahiblərini xəbərdarlıq etmək üçün binaya daxil olduğu zaman 2 adam qollarını açaraq uşağın düşmə ehtimalına qarşı hazırlıqlı olublar.

Binanın təhlükəsizlik kamerasına əks olunan görüntülərdə iki adamın aşağı düşməkdə olan uşağı havada tutduqları görünür. Uşağı tutduqdan sonra adamlardan birinin qolunu tutaraq ağrı çəkdiyi də görünür.