BolgeXeber.Com » Dünya » Fransa 69 min polisi sarı jiletlilərə görə səfərbər etdi

Fransa 69 min polisi sarı jiletlilərə görə səfərbər etdi

15-12-2018, 13:46
Oxunub: 3 089 Fransa 69 min polisi sarı jiletlilərə görə səfərbər etdiBütün Fransa ərazisində “sarı jiletlilər” hərəkatının bu günə gözlənilən mitinqi ilə əlaqədar asayişin qorunmasına 69 min polis cəlb edilib.

Axar.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik polis qüvvələrinin bir hissəsini Parisdən Bordo və Tuluza şəhərlərinə göndərməyi planlaşdırır.

Aksiyadan öncə artıq 6 nəfər həbs edilib. Aksiyanın keçiriləcəyi yerə DİN rəhbəri Kristof Kastaner gəlib.

Qeyd edək ki, bundan öncə 8 dekabrda keçirilən aksiyaya DİN 89 min polis əməkdaşını cəlb etmişdi.