BolgeXeber.Com » Xəbərlər » Arif Əsgərov məhkəmə qarşısında

Arif Əsgərov məhkəmə qarşısında

15-12-2018, 14:32
Oxunub: 2 226 Arif Əsgərov məhkəmə qarşısındaKeçmiş Nəqliyyat Nazirinin müavini Arif Əsgərov cavabdeh qismində məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, dekabr ayının 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə Arif Əsgərov ilə “Dəmirbank” ASC arasında məhkəmə prosesi keçiriləcək. Belə ki, noyabr ayının 21-də Binəqədi rayon Məhkəməsi Arif Əsgərovdan borcun tutulması ilə bağlı bankın xeyrinə qərar çıxardıb. Bunula razılaşmayan keçmiş nazir müavini apellyasiya şikayəti verib.

Xatırlada ki, son vaxtlar Arif Əsgərovun adı məhkəmə çəkişmələrində daha çox hallanır. Belə ki, Arif Əsgərovun 2 baldızı oğlu- Emin və Rahib Hüseynovlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə uzun müddətlik həbsə göndərilib. Rahib Hüseynovun həbs edildiyi cinayət işində “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və “DəmirBank” ASC-nin Mərkəz filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub.

İlqar Məmmədov A.Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəzləmişdi. Onun Mərkəz filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi yazılıb. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə “DəmirBank”ın Mərkəz filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Yeyinti faktının əsas iştirakçıları kimi Arif Əsgərov və oğlu Elnar Əsgərov göstərilib.