BolgeXeber.Com » Siyasət » Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

15-12-2018, 17:27
Oxunub: 2 791 Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

Bolgexeber.com-un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".