BolgeXeber.Com » Dünya » Bu ölkə siqaret çəkilməsi və satışını qadağan edir

Bu ölkə siqaret çəkilməsi və satışını qadağan edir

17-12-2018, 14:12
Oxunub: 3 943 Bu ölkə siqaret çəkilməsi və satışını qadağan edirİsveçdə siqaret tamamilə qadağan ediləcək.

Qaynarinfo xəbər verir ki, parlament 2019-cu ilin iyulunda siqaret çəkilməsini qeyri-qanuni elan edəcək. Qadağa açıq havada, parklarda, qatar stansiyalarında, futbol arenası, idman salonları, ev, bina, restoran, kafe önləri və s. yerlərdə siqaret çəkilməsinə tətbiq ediləcək. 2025-ci ildə tütün məmulatlarının satışı tamamilə dayandırılacaq.

Qeyd edək ki, İsveçdə 2005-ci ildən bəri ictimai yerlərdə siqaret çəkmək qadağandır. Skandinaviya ölkələrində əhalinin 11%-inin siqaret asılılığı var.