BolgeXeber.Com » Xəbərlər » DTX və DSX birgə əməliyyat keçirdi: saxlanılanlar var (FOTO)

DTX və DSX birgə əməliyyat keçirdi: saxlanılanlar var (FOTO)

17-12-2018, 14:21
Oxunub: 1 784 DTX və DSX birgə əməliyyat keçirdi: saxlanılanlar var (FOTO)Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində təd­birləri davam etdirir.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, "Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətən­daşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbakhirin üzərində 320 qram narkotik maddə olan "heroin” aşkar olunaraq götürülüb.

Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Kazım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu sax­lanılıb.

Bildirilib ki, "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən­di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azər­bay­can istiqamətində dövlət sərhədini pozan 1976-cı il təvəl­lüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan "marixuana” ilə saxlanılıb.

Məlumata görə, DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticə­sində Yardımlı rayonu ərazisində "Mer­se­des” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narko­tik maddə olan "heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşları Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Mux­tar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb.

Faktlar üzrə cinayət işləri başlanılıb, zəruri əməliyyatistintaq hərəkətləri həyata keçirilir.
DTX və DSX birgə əməliyyat keçirdi: saxlanılanlar var (FOTO)
DTX və DSX birgə əməliyyat keçirdi: saxlanılanlar var (FOTO)