BolgeXeber.Com » Gündəm » “Şah Lahmacun”da yeməyin içindən həşərat çıxdı – Foto

“Şah Lahmacun”da yeməyin içindən həşərat çıxdı – Foto

17-12-2018, 16:02
Oxunub: 10 656 “Şah Lahmacun”da yeməyin içindən həşərat çıxdı – FotoBakıda fəaliyyət göstərən restoranlardan birində yeməyin içərisindən həşərat çıxıb.

Minval.info-nun xəbərinə görə, bu barədə paytaxt sakini Səbirə Kazımova məlumat verib. Onun sözlərinə görə, bu hal Nəriman Nərimanov yaronunda eyni adlı metro stansiyanın yaxınlığında yerləşən “Şah Lahmacun” restoranında yaşanıb.

“Restorandan yemək sifariş verdik. Amma yeməkdən başqa içərisindən hər şey çıxdı, əsas da tarakan. Bu məkanda gün ərzində yüzlərlə insan qidalanır. Oranı işlədəni çağırdım ki, bu nədir? Deyir ki, olsun da burada nə var ki…?” – S.Kazımova bildirib.

Minval.info sözügedən restoranla əlaqə saxlayıb. Telefona cavab verən şəxs iddianı təkzib etməyib.

“Bizim müdiriyyətlə danışıb. Özü burada yoxdur. Amma xanıma söylədiyi formada deyilməyib. Ona “olur da, paketdən çıxa bilər” söylənilib”.
“Şah Lahmacun”da yeməyin içindən həşərat çıxdı – Foto
“Şah Lahmacun”da yeməyin içindən həşərat çıxdı – Foto