BolgeXeber.Com » Siyasət » "Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib" - Ağ ev

"Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib" - Ağ ev

18-12-2018, 10:55
Oxunub: 3 578 "Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib" - Ağ evABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib.

Bolgexeber.com report-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşına istinadən "Reuters" məlumat yayıb.

"G20-də prezident Ərdoğanla görüş zamanı prezident Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib", - Ağ evin yüksəkçinli əməkdaşı bildirib.

Bundan əvvəl ABŞ prezidenti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtardıqlarını bəyan etmişdi.