BolgeXeber.Com » Sosial » Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

18-12-2018, 12:48
Oxunub: 2 995 Azərbaycanda 5 gün iş olmayacaqAzərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Bolgexeber.com xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür

Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Yanvarın 3-ü yeni təqvim ilinin ilk iş günüdür.