BolgeXeber.Com » Dünya » Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

19-12-2018, 11:29
Oxunub: 3 641 Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEOElektromobil sürücüsü olan sarışın qız gülüş hədəfinə çevrilib

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Reddit” portalında yayımlanmış bir video sosial şəbəkələrdə gülüş və müzakirə obyektinə çevrilib.

Məlumata görə, videoda yanacaqdoldurma stansiyasına gəlmiş sürücü qız əks olunub. O, maşından düşərək yanacaq doldura bilmək üçün avtomobilinin benzin çəninin girişini axtarır.

Videoda bu kadrları çəkən sürücünün gülüş səslərini eşitmək olar. Məsələ burasındadır ki, qızın sürdüyü maşın “Tesla” elektrokarıdır və bu maşın benzinlə deyil, elektrik cərəyanı ilə çalışır.

Son nəhayətdə, kişi sürücü qadını başa salır ki, o, başqa yanacaq, daha doğrusu, elektrik doldurma stansiyasına müraciət etməlidir.