BolgeXeber.Com » Siyasət » Rəsmi Moskva ABŞ-ın Türkiyəyə “Patriot” satmaq niyyəti barədə

Rəsmi Moskva ABŞ-ın Türkiyəyə “Patriot” satmaq niyyəti barədə

19-12-2018, 17:14
Oxunub: 2 491 Rəsmi Moskva ABŞ-ın Türkiyəyə “Patriot” satmaq niyyəti barədəABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək. Türkiyənin NTV telekanalı xəbər verir ki, bu barədə Kremldən bildirilib.

“S-400” zenit-raket kompleksinin Türkiyəyə satışı bütün hallarda başa çatacaq”, - deyə Kremlin məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.

Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.

Qeyd edək ki, Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlə müraciət etmişdi. Onlar Türkiyəyə müvəqqəti olaraq “Patriot” vermiş, bir il sonra isə sistemi ölkədən çıxarmışdılar.