BolgeXeber.Com » Dünya » ABŞ Suriyadan bütün qoşunlarını çıxaracaq

ABŞ Suriyadan bütün qoşunlarını çıxaracaq

20-12-2018, 10:18
Oxunub: 2 395 ABŞ Suriyadan bütün qoşunlarını çıxaracaqABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib.

Xezerxeber.az xəbər verir ki, Donald Tramp özünün "Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb.

ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.

Telekanal Suriyada iki minə yaxın amerikalı hərbçinin olduğunu qeyd edir.