BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanda turizm şirkətləri kateqoriyalara bölünəcək

Azərbaycanda turizm şirkətləri kateqoriyalara bölünəcək

20-12-2018, 11:39
Oxunub: 3 986 Azərbaycanda turizm şirkətləri kateqoriyalara bölünəcəkAzərbaycanda turizm şirkətləri A, B, C və s. kateqoriyalara bölünəcək.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

Şirkətlərin kateqoriyalaşdırılmasını vacib sayan K.Quluzadənin sözlərinə görə, kateqoriyalar şirkətlərin göstərdikləri xidmətlərin sayına, çeşidlərinə uyğun müəyyənləşdiriləcək: "Elə turizm şirkəti var ki, onun fəaliyyət növləri, işçilərinin sayı çoxdur. Onların əlavə olaraq, hotel, nəqliyyat, bələdçi xidmətləri göstərmək imkanları var. Hansı şirkətin xidmətlərinin sayı, çeşidləri genişdirsə, o, daha üstün kateqoriya əldə edəcək. Amma elə şirkət var ki, az sayda işçi ilə fəaliyyət göstərir, onların hotel və s. sahə üzrə xidmət göstərmək imkanları yoxdur. Buna baxmayaraq, imkanları məhdud olan şirkət də kateqoriya alacaq".

Kateqoriyalaşmanı həm şirkətlər, həm də turistlər üçün olduqca əhəmiyyətli sayan K.Quluzadə hesab edir ki, bu proses şirkətləri inkişafa stimullaşdıra, rəqabətin sağlam aparılmasına yardım edə bilər. Kateqoriyalaşdırma öz növbəsində turistlərin keyfiyyətli xidmət almasına kömək edər.

Şöbə rəhbəri qeyd edib ki, aldıqları kateqoriyadan asılı olmayaraq, bütün şirkətlərin Turizm Reyestrinə daxil edilməsi nəzərdə tutulur: "Reyestr hamı üçün açıq olacaq. Müştəri həmin reyestrə baxdıqda öz büdcəsinə uyğun gələn xidmətləri seçə və həmin xidmətləri göstərə bilən şirkətlərə sifarişlərini verə biləcək".