BolgeXeber.Com » Analitika » Təhsil Nazirliyi ən çox narazı qalınan dövlət qurumu seçildi

Təhsil Nazirliyi ən çox narazı qalınan dövlət qurumu seçildi

27-03-2011, 21:10
Oxunub: 6 099 Qaynar.info-nun sorğusu başa çatıb

Qaynar.info Milli Xəbər Portalının oxucular arasında martın 14-dən 27-dək keçirdiyi “Hansı dövlət qurumundan daha çox narazısız?” adlı sorğu başa çatıb. Bu barədə Bolgexeber.com-a portalın rəhbəri Fərid Şahbazlı məlumat verib. “Azərbaycanın 15 strateji dövlət qurumunun adının daxil edildiyi sorğuda ümumilikdə 996 oxucu iştirak edib. 996 oxucudan 300-nün səsi ilə Təhsil Nazirliyi respondentlərin ən çox narazı qaldığı dövlət qurumu seçilib.”
Ən çox narazı qalınan dövlət qurumları sırasında ikinci yeri 101 səslə Vergilər, üçüncü yeri isə 85 səslə Nəqliyyat Nazirlikləri tutub.
Qeyd edək ki, saytın sorğuları subyektiv xarakter daşıyır və yalnız sorğuda iştirak edənlərin mövqeyini əks etdirir.