BolgeXeber.Com » Şou-Biznes » Müğənni Samrina hər kəsi şoka salacaq

Müğənni Samrina hər kəsi şoka salacaq

8-03-2013, 09:35
Oxunub: 13 362 Şou biznes səhnəsində partlayış gözlənilir. Hələlik heç kim heç kimin səhnəsini partlatmağa hazırlaşmasa da, cazibədar müğənni Samrina zahiri görkəmi ilə çoxlarının ürəyini partlatmaq istəyir.

Belə görünür ki, yenidən səhnələrimizə qayıdan gənc müğənni komplekslərdən tam uzaqdır. Onun “freestyle” geyim tərzi, qeyri-adi ifa manerası istər-istəməz diqqətdən kənarda qalmır.

Heç təsadüfi deyil ki, o, ifa etdiyi "Gedirəm" mahnısı ilə "İlin maraqlı mahnısı" nominasiyası üzrə "The Best of Star" mükafatına layiq görülüb. Samrina qəribə səhnə niki və imici ilə çoxlarını şoka salmağı bacarıb.