XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Mədəniyyət naziri: "Mikayıl Müşfiqə aid olduğu iddia olunan qalıqlarla bağlı araşdırmalar davam edir"

Mədəniyyət naziri: "Mikayıl Müşfiqə aid olduğu iddia olunan qalıqlarla bağlı araşdırmalar davam edir""Bakının Qaradağ rayonunun Puta qəsəbəsində tapılan meyit qalıqlarının şair Mikayıl Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək üçün aparılan araşdırmalar davam etdirilir, müxtəlif ekspertizalar keçirilir".

Bunu "Report"un sualına cavab olaraq mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu, bir günə başa çatdırılması mümkün olan proses deyil: "Bu, müxtəlif alimlərin iştirakı və fərqli analizlərin aparılması ilə həyata keçirilməlidir. Müvafiq dövlət orqanları bununla məşğuldurlar. Təsdiq olunanda, ya da olunmayanda bu haqda bizə xəbər veriləcək, onda biz də ictimaiyyəti məlumatlandıracağıq".

Ə.Qarayev qeyd edib ki, tapılan qalıqların şair M.Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək Mədəniyyət Nazirliyinin səlahiyyəti çərçivəsində deyil: "Bunu alimlər müəyyənləşdirəcək. Əgər orada Mikayıl Müşviqə, ya da hər hansı digər bir ədibə, mədəniyyət, incəsənət xadiminə aid meyit qalıqları varsa sözsüz ki, dövlət, Mədəniyyət Nazirliyi lazımi tədbirlər görəcək. Amma ilk növbədə bu məlumatın həqiqət olduğu təsdiqini tapmalıdır. Təsdiqlənməmiş informasiya əsasında hansısa addım atmaq doğru olmaz".

Bölmə: Müsahibə-Reportaj | 22 dekabr 2018 16:37 | Baxış sayı: 111





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: