Şəmkirdə dərs zamanı məktəbin divarı uçdu (FOTO)
24-12-2018, 11:26
Oxunub: 4 158
Azərbaycanda orta məktəbdə uçqun hadisəsi baş verib.
Bolgexeber.com A24.az-a istinadn xəbər verir ki, hadisə bir neçə gün bundan əvvəl Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məlumata görə, uzun müddətdir qəzalı vəziyyətdə olan məktəbin binasında dərs zamanı uçqun olub. Belə ki, təhsil müəssisəsinin koridorunun istinad divarları uçub. Həmin gün məktəbdə dərslər təxirə salınıb və şagirdlər evə buraxılıb.
Məlumatda bildirilir ki, bundan əvvəl də orta məktəbdə bir neçə dəfə uçqun hadisəsi olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, sözügedən tam orta məktəbdə, ümumilikdə 380 nəfər şagird təhsil alır.
Xatırladaq ki, analoji hadisə ötən ay Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə də baş vermişdi. Dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin dəhlizinin tavanı qəfildən uçmuşdu. Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılmışdı və dərslər yarımçıq qalmışdı.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə