BolgeXeber.Com » Sosial » Həkimlərin və müəllimlərin maaşlarının artırılması məsələsi qaldırıla bilər

Həkimlərin və müəllimlərin maaşlarının artırılması məsələsi qaldırıla bilər

28-03-2011, 15:55
Oxunub: 5 940
Bu, may ayında mümkün olacaq

Parlamentdə bir sıra millət vəkilləri həkimlərin maaşının artırılması məsələsini qaldırmaq niyyətindədir. Bu, may ayında büdcənin xərclər hissəsinə yenidən baxılacağı halda mümkün ola bilər.

Millət vəkili Musa Quliyev Bolgexeber.com-a müsahibəsində bildirib ki, həkimlərin maaşı orta əmək haqqından aşağıdır.

“Biz məsələni qaldıracağıq. Əgər may ayında büdcə profisiti ilə bağlı xərclərə yenidən baxılarsa həm həkimlərin, həm də müəllimlərin maaşlarının artırılması ilə bağlı məsələni gündəliyə çıxaracağıq”, - deyə millət vəkili bildirib.