BolgeXeber.Com » Dünya » Lamborghini Veneno Cenevrə avtosalonunda təqdim olundu

Lamborghini Veneno Cenevrə avtosalonunda təqdim olundu

8-03-2013, 13:05
Oxunub: 3 528 İtaliya şirkəti Lamborghini yaranış ilinin 50-ci il dönümündə Cenevrə avtomobil sərgisində ikiqapılı superkar Veneno-nu (tər. “zəhər”) təqdim etdi.
Superkar Lamborghini Veneno istehsalçı tərəfindən indiyə qədər yığılmış ən sürətli avtomobil oldu. V12 silindirli və 740 at güclü mühərrik saatda maksimal 354 km sürətlə hərəkət edir.

Britaniya qəzeti Sunday Times bildirir ki Lamborhini Venenodan cəmi üç nüsxə hazırlayacaqlar və onların hər birinin qiyməti 4,5 milyon dollar olacaq.Bundan başqa avtomobillərin artıq indidən satıldığı bildirilir.