BolgeXeber.Com » Dünya » Dəhşətli sunamidə ölənlərin sayı 373-ə çatdı

Dəhşətli sunamidə ölənlərin sayı 373-ə çatdı

25-12-2018, 09:37
Oxunub: 2 612 Dəhşətli sunamidə ölənlərin sayı 373-ə çatdı  Dekabrın 22-də İndoneziyada baş vermiş sunami nəticəsində ölənlərin sayı 373 nəfərə çatıb

Bolgexeber.com “Ria Novosti”yə istinadən xəbər verir ki, hazırda xilasetmə işləri davam edir.

Ölü sayının artacağı gözlənir. Hadisə zamanı 1500-dək adam yaralanıb.

Leysan yağışlar xilasetmə işlərini əngəlləyir, azı 50 nəfərin də itkin düşdüyü bildirilir.

Sumatra adasının cənubunda və Yava adasının qərb ucqarında nəhəng sunami dalğası yüzlərlə evi, oteli, digər binaları yuyub aparıb.

Nəticəsində 12 minə yaxın adam evindən didərgin düşüb.