loading...
XƏBƏR LENTİ
Manatın məzənnəsi
14 yanvar 11:01
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 
Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

Tərtərdə uşaq bağçası istifadəyə verilib-FOTO

Tərtərdə uşaq bağçası istifadəyə verilib-FOTOTərtər şəhər 4 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni inşa olunan bina istifadəyə verilib

Bolgexeber.com xəbər verir ki,bu münasibətlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.
Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Tərtərdə bu gün açılışı olan körpələr evi-uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, son illərdə Tərtər şəhər 4 nömrəli, "Nərgizim", Şıxarx qəsəbə uşaq bağçaları üçün yeni binalar inşa edilib, 2 nömrəli, Seydimli, Güləbatlı, Sarıcalı kənd uşaq bağçaları əsaslı təmir edilib. 2019-cu ildə Yuxarı Sarıcalı kənd uşaq bağçasının da əsaslı təmir olunması nəzərdə tutulur.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bölgələr üzrə layihə rəhbəri Vəli Albəndov Agentlik tərəfində həyata keçirilən layihələr haqqında məlumat verib, uşaqları bağçanın açılışı münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi əsasında inşa olunan 100 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. İkimərtəbəli binada yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, tərbiyəçi-metodist otaqları, musiqi və idman zalları, mətbəx, anbarlar yaradılıb, bağça lazımi inventar və avadanlıqlarla, istilik və müşahidə sistemləri ilə təmin olunub. Bağçanın həyətində abadlıq işləri aparılıb, nasos stansiyası, qazanxana, yanğın əleyhinə və içməli su anbarları, oyun meydançası 2 söhbətgah tikilib.

Bölmə: Bölgə | 25 dekabr 2018 11:17 | Baxış sayı: 100

ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: