BolgeXeber.Com » Dünya » Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilib

Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilib

25-12-2018, 12:33
Oxunub: 4 051 Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilibYüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilib.

"Report"un məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.

"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.