BolgeXeber.Com » Dünya » Telman İsmayılovun məşhura qarşı etdiyi cinayət üzə çıxdı: Müğənninin kabinetə çağırıb…
Telman İsmayılovun məşhura qarşı etdiyi cinayət üzə çıxdı: Müğənninin kabinetə çağırıb…
25-12-2018, 15:46
Oxunub: 3 269
İflas olduğunu bəyan edən azərbaycanlı biznesmen Telman İsmayılov adam oğurluğunda günahlandırılır.
BAKU.WS Rusiya mətbuatına xəbər verir ki, Rusiyanın İstintaq Komitəsi müğənni Avraam Russonun 2004-ci ildə oğurlanması barədə cinayət işinin istintaqını başa çatdırıb.
İstintaq oğurluğun “Çerkizov” bazarının sabiq sahibi Telman İsmayılovun Zaur Mərdanovun və Vladimir Qusakovun köməyi ilə təşkil etdiyini hesab edir.
İstintaq materiallarına görə, İsmayılov 2004-cü ilin yanvarında müğənnini “Praqa” restoranının ikinci mərtəbəsindəki kabinetinə çağırıb və digər şəxslərlə birlikdə Avraam Russonu döyüb.
T. İsmayılov Avraam Russodan bütün konsertləri ləğv etməyi, onun şərtləri altında müqavilə imzalamağı tələb edib.
Bundan sonra iki nəfər müğənnini zorla avtomobilin arxa oturacağına əyləşdirərək, bazarın sabiq sahibinin Moskva yaxınlığındakı evinə gətiriblər və Avraam Russo onların bütün tələbləri yerinə yetirməyə razılıq verənə qədər orada saxlayıblar.
İstintaq Komitəsi işlə bağlı kifayət qədər sübutların toplanıldığını bildirib. Cinayət işi Baş Prokurorluğa göndərilib.
Təqsirləndirilən sabiq bazar direktoru T.İsmayılovun və digər şəxslərin beynəlxalq axtarışı davam edir.
Qeyd edək ki, Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər