BolgeXeber.Com » İdman » Şəfəq Hüseynli: Fitnes mərkəzlərində idmançılara dopinq satılır

Şəfəq Hüseynli: Fitnes mərkəzlərində idmançılara dopinq satılır

25-12-2018, 15:47
Oxunub: 4 018 Şəfəq Hüseynli: Fitnes mərkəzlərində idmançılara dopinq satılırBizim qurum iki ildir yaranmasına baxmayaraq, dünyada yaxşı tanınmışıq. Bu il bizim üçün yaxşı keçib.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Antidopinq Agentliyinin (AMADA) sədri Şəfəq Hüseynli bildirib.
AMADA 2018-ci ilin hesabatını ictimaiyyətə açıqlayıb:

“Avropa Şurası AMADA-nın işini yüksək qiymətləndirib. Beynəlxalq Test Agentliyi yaradılıb. Biz artıq bu qurumla sıx əlaqədəyik.

İndi artıq idmançılar dopinq olan dərmanları istifadə etməzdən əvvəl bizim sistemdə yoxlayıb onun qanunla qadağan olunmuş olduğunu görəcək.

Təəssüf ki, bir çox fitnes mərkəzlərində 16 yaşlı idmançılara dopinq satılır. Hansı ki, bu maddələr hormonal dəyişikliklər, xərçəng xəstəliyinin müalicəsi üçün istifadə olunur. Biz artıq hüquq-mühafizə orqanları ilə bu yöndə işlərə başlamışıq. Bir neçə nəfər müraciətimiz əsasında saxlanılıb.

Bu il ərzində bir çox federasiyalarda treninqlər keçirilib. Federasiyalardan idmançıların siyahısı lazımdır. Bəzən idmançı dopinqə düşəndə federasiya deyir ki, bu, bizim idmançı deyil.

Ona görə də əvvəldən siyahı bizə verilməlidir. Bəzən federasiyalar biz gələndə idmançılarını gizlədir. Federasiya, məşqçi və idmançılardan qanunsuz təkliflər alırıq.

Cəzalandırılanlar arasında məşqçilər, həkimlər də olub. Ancaq onların adlarını açıqlamaq istəmirəm.

Dopinq testin gedişatını ictimaiyyətə çatdırmaq qaydalara ziddir. Belə olarsa, Beynəlxalq Antidopinq Agentliyi tərəfindən cəza verilə bilər.

İdman qidası məsələləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edəcəyik. 2019-cu ildə idman qidaları arasında nə qədər dopinq olduğunu öyrənməyə çalışacağıq”.