BolgeXeber.Com » Şou-Biznes » Həyat yoldaşından Şəbnəmə 45 min dollarlıq ad günü hədiyyəsi

Həyat yoldaşından Şəbnəmə 45 min dollarlıq ad günü hədiyyəsi

25-12-2018, 15:48
Oxunub: 4 687 Həyat yoldaşından Şəbnəmə 45 min dollarlıq ad günü hədiyyəsiSevilən müğənni Şəbnəm Tovuzlu Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, verilişdə həyat yoldaşının Şəbnəmə 45 min dollarlıq hədiyyə aldığı bildirilib. Xanım ifaçının həyat yoldaşı ona bahalı mebel hədiyyə edib. Bu barədə aparıcı Tarix Əliyev məlumat verib. Şəbnəm Tovuzlu bədxərc olduğunu deyib:

"Mən çox pul xərcləyirəm. Evimin mebelini dəyişdirmək fikrim var idi. Həci bildirdi ki, qoy məndən hədiyyə olsun. Elə həyat yoldaşımın hədiyyəsi də doğum günümə təsadüf etdi. Mebelə 45 min dollar pul xərcləyə bilərəm. Çünki evim üçün dəyər. Evim böyükdür, 5 otaqlıdır. Həci mənə deyir ki, çox bədxərcsən, pulu elə xərclə ki arxada həmişə ehtiyat üçün pulun qalsın. Mən həmişə varam, sənə dəstəyəm. Həyat yoldaşım qazancıma qarışmır, heç vaxt nəyi hara xərclədiyimə də qarışmır".