BolgeXeber.Com » Bölgə » Tərtər rayon Uşaq musiqi məktəbinin 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Tərtər rayon Uşaq musiqi məktəbinin 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub

25-12-2018, 18:11
Oxunub: 3 962 Tərtər rayon Uşaq musiqi məktəbinin 50 illik yubileyi təntənəli şəkildə qeyd olunubBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Uşaq musiqi məktəbinin 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və bu sahədə strukturu təkmilləşdirmək məqsədilə şəhər və rayon Mədəniyyət və Turizm İdarəsinin bazasında regional idarələr yaradıldı. Sözügedən idarələrdən biri də Bərdə Regional Mədəniyyət İdarəsidir. İdarə yarandığı dövrdən etibarən ilk işini regional idarənin əhatə etdiyi şəhər və rayonların mədəniyyət müəssisələri arasında qabaqcıl təcrübənin bölüşdürülməsi və qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində aparmışdır. Mövcud praktika idarə tərəfindən mütəmadi olaraq davam etdirilir.

Mədəniyyət müəssisələrinin inkişafını və səmərəli fəaliyyətini diqqət mərkəzində saxlayan regional idarə regionda mədəniyyət siyasətini uğurla davam etdirir. Belə ki, mədəniyyət müəssisələrinin kollektivləri, təhsil alan şagirdlər müxtəlif müsabiqə və festivallarda iştirak edərək uğurla təmsil olunurlar və regionun, o cümlədən Azərbaycan mədəniyyətini geniş şəkildə təbliğ edirlər.

Mədəniyyət sahəsində istedadlı kadrların yetişməsində, onların ölkəmizi layiqincə təmsil etməsində uşaq musiqi və incəsənət məktəblərinin də rolu böyükdür. Daima əzmlə çalışan məktəb kollektivləri gənc istedadların yetişməsi üçün əllərindən gələni əsirgəmirlər.

Fəaliyyəti ilə seçilən Uşaq musiqi məktəblərindən biri də Tərtər rayon Uşaq musiqi məktəbidir. Məktəbin yarım əsrlik fəaliyyəti bu günlərdə geniş şəkildə qeyd olunub. Baş tutan tədbirdə məktəbin yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən söz açılıb.

Çıxış edən regional idarənin Tərtər rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Ceyhun İsmayılzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Tərtər rayonunda səfəri çərçivəsində Musiqi məktəbinin yeni binasının istifadəyə verilməsindən, burada təhsil alan şagirdlərə yüksək şəraitin yaradılmasından geniş şəkildə bəhs edib. O da vurğulanıb ki, musiqi məktəbinə tələbat getdikcə daha da artır və bu da öz növbəsində regionda mədəniyyət siyasətinin uğurlu inkişafıdır.

Daha sonra çıxış edən regional idarənin məsləhətçisi Validə Nabatova məktəb kollektivini regional idarənin rəhbərliyi və kollektivi adından salamlayıb və məktəbin 50 illik yubileyi ilə əlaqədar təbriklərini çatdırıb.

Çıxışlardan sonra məktəbin bir qrup işçiləri göstərdikləri səmərəli xidmətə görə regional idarə tərəfindən Fəxri Fərman və dəyərli hədiyyələrlə təltif olunublar.

Tədbir məktəb kollektivinin hazıladığı rəngarəng konsert proqramı ilə davam edib.
Bolgexeber.com