BolgeXeber.Com » Siyasət » İsrail parlamenti buraxıldı

İsrail parlamenti buraxıldı

27-12-2018, 12:32
Oxunub: 3 088 İsrail parlamenti buraxıldıİsrail parlamenti seçkilər səbəbilə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə parlament qərar qəbul edib. Qərar 9 aprel 2019-cu ildə keçiriləcək növbədənkənar parlament seçkilərinə görə qəbul edilib. Parlamentdəki 2 millət vəkili parlamentin buraxılmasına "Yox", 102 nəfər isə "Hə" cavabını verib.

Qeyd edək ki, noyabr ayında İsrailin müdafiə naziri Aviqdor Libermanın istefası hökumətdə böhrana səbəb olmuşdu. Baş nazir Benyamin Netanyahunun etirazına baxmayaraq koalisiya hökuməti erkən seçki barədə qərar qəbul etdi.