XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Deputat yeni qanun layihəsi təklif edir

Deputat yeni qanun layihəsi təklif edirMillət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsinin qəbul edilməsini təklif edir.

Millət vəkili bu haqda təklifini Oxu.Az-a açıqlamasında səsləndirib.

Deputatın sözlərinə görə, belə bir qanuna ciddi ehtiyac duyulur.

“Bildiyiniz kimi, Azərbaycanda təhlükəsizliklə bağlı qanunvericilik var. Amma bu daha çox milli təhlükəsizliklə bağlıdır.

Bu baxımdan, belə hesab edirəm ki, bizdə həm də informasiya təhlükəsizliyi ilə bağlı ayrıca qanun olmalıdır.

Çünki ətrafımızda, dünyamızda çox mürəkkəb hadisələr baş verir, həmçinin, kibertəhlükəsizlik məsələləri ortadadır.

Odur ki, informasiya məsələləri ilə bağlı təhlükəsizliyi təmin etmək üçün məhz bu yöndə ayrıca qanuna ehtiyac var. Belə bir qanun mütləq şəkildə olmalıdır.

Onun da üzərində düşünülür”, - deyə, Ə. Amaşov sözlərinə əlavə edib.
Bölmə: Müsahibə-Reportaj | 29 dekabr 2018 10:38 | Baxış sayı: 414





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: