BolgeXeber.Com » İdman » Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazandı

Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazandı

29-12-2018, 11:17
Oxunub: 3 443 Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazandıAzərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Sankt-Peterburqda keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.

Bolgexeber.com xəbər verir ki, yarışın son günündə üç qələbə və iki heç-heçəyə imza atan Ş. Məmmədyarov xallarını 10,5-ə çatdırıb.

Rusiyalı Daniel Dubov dünya çempionu olub, amerikalı Hikaru Nakamura isə bürünc mükafata sahiblənib.

Qeyd edək ki, dünya şahmat tacının sahibi norveçli Maqnus Karlsen rapid növündə beşinci yer tutub.