BolgeXeber.Com » Ölkə » Bərdə Regional Mədəniyyət İdarəsində ilin yekunlarına həsr olunmuş Şura iclası keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsində ilin yekunlarına həsr olunmuş Şura iclası keçirilib

29-12-2018, 13:27
Oxunub: 2 740 Bərdə Regional Mədəniyyət İdarəsində ilin yekunlarına həsr olunmuş Şura iclası keçirilib2018-ci ilin yekunlarına və 2019-cu il üçün qarşıda duran vəzifələr həsr olunmuş Bərdə Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib

Regional İdarənin rəisi İlyas Hacıyevin sədrliyi ilə baş tutan şura iclasında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, əldə olunmuş ciddi nailiyyətlərdən və nöqsanlardan söz açılıb. Hesabat məruzəsi ilə çıxış edən Şuranın katibi Validə Nabatova 2018-ci il ərzində regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin respublika və beynəlxalq tədbirlərdə uğurla iştirakı, qazanılmış naliyyətlər haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən Şuranın üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin hərbi vətənpərvərlik sahəsində gördüyü işlərdən, aparılan mütəmadi tədbirlərdən, 1996-cı ildən qurulan qarşılıqlı əməkdaşlıqdan söz açaraq gənclərdə vətənpərvərlik ruhunun yuksəldilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması yönündə regionda göstərdiyi əvəssiz xidmətlərinə görə regional idarənin rəisi İlyas Hacıyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin mükafatı - “Vətən naminə” medalını təqdim edib.
Təqdim olunan medalın regional idarənin bütün mədəniyyət işçilərinə aid olduğunu qeyd edən regional idarənin rəisi, Şuranın sədri İlyas Hacıyev bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir, bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Bu gün istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir.
Sonda regional idarənin rəisi, Şuranın sədri İlyas Hacıyev ölkə prezidenti Cənab İlham Əliyevi və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanı 31 dekabr-Dünya Azərbaycanlarının Həmrəkliyi Günü və Yeni İl münasibəti ilə bütün mədəniyyət işçiləri adından təbrik edib və onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbir “Yaşasın Azərbaycan! Yaşasın müstəqil Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev” şüarı ilə yekunlaşıb.
Bolgexeber.com