"Kontakt Home" müştərilərin başına oyun açır - ŞİKAYƏT
29-12-2018, 15:54
Oxunub: 3 935
"Kontakt Home" mağazalar şəbəkəsi əlavə məbləğ ödəyərək "Qızıl Zəmanət" almaları üçün müştərilərin başına oyun açır.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin müştərisi olmuş İlkin Məcidov sosial şəbəkə hesabında yazıb. O, "Kontakt Home"un fırıldaqçılıq yolu ilə müştəriləri müxtəlif xidmətlərə qoşulmağa təhrik etdiyini qeyd edib:
"20 dekabr tarixində "Kontakt Home"un 20 yanvar filialından televizor almışdım. Quraşdırılması üçün ayrıca da xidmət sifariş vermişdim. TV vaxtında gəlsə də, quraşdırılma xidməti gecikdi. Buna görə "Kontakt Home"un qaynar xəttinə zəng vurdum. Məni 25 dəqiqə xəttə gözlətdikdən sonra dəstəyi asdılar. Yenidən əlaqə saxladım və 22 dəqiqə sonra cavab bildirdilər ki, servis xidməti 2 gün sonra gələcək. Lakin servis 4 gün sonra mənimlə əlaqə saxladı.
Gətirdikləri televizor da xarab çıxdı və geri apardılar. Öz səhvlərinə görə məni 9 gün ora-bura istiqamətləndirdilər. Başa düşdüyüm odur ki, malı alanda qiymətdən əlavə 200 manata da "Qızıl zəmanət" təklif edirlər. Bunu istəməyən müştərilərin də başına belə oyunlar açırlar ki, alıcı məcbur bu xidməti alsın".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə