BolgeXeber.Com » Ölkə » Daha bir süpürgəçini maşın vurdu

Daha bir süpürgəçini maşın vurdu

1-01-2019, 13:51
Oxunub: 2 433 Daha bir süpürgəçini maşın vurduGəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.