BolgeXeber.Com » Ölkə » Bu il Azərbaycana fəsillərin daxilolma vaxtları açıqlandı

Bu il Azərbaycana fəsillərin daxilolma vaxtları açıqlandı

1-01-2019, 14:07
Oxunub: 2 465 Bu il Azərbaycana fəsillərin daxilolma vaxtları açıqlandı2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Bolgexeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək. İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.