BolgeXeber.Com » Dünya » Rusiyadakı partlayışda ölənlərin sayı 31-ə çatdı - YENİLƏNİB

Rusiyadakı partlayışda ölənlərin sayı 31-ə çatdı - YENİLƏNİB

3-01-2019, 11:41
Oxunub: 2 931 Rusiyadakı partlayışda ölənlərin sayı 31-ə çatdı - YENİLƏNİBRusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

Bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.



***



Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.



Bildirilir ki, xilasedicilər daha iki nəfərin – qadın və kişinin meyitini dağıntılar altından çıxarıblar.



***



Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dağıntılar altından 22-ci meyit çıxarılıb.



Qeyd edilir ki, daha 19 nəfərin axtarışları davam etdirilir.



***



Dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 20-yə çatıb.



Rusiya Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatına görə, 20 nəfərin taleyi hələ də məlum deyil, evin dağıntıları altında isə 5 uşaq qalır.



***



Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.



Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onlardan 2-i uşaqdır. Dağıntılar arasından son olaraq 3 yaşlı uşağın meyiti çıxardılıb.



Binanın dağıntıları arasında hələ də 20-dən çox insanın qaldığı deyilir.



***

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb.



Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.