“Nobel”dəki yol yenə çökdü: Anarlar bir-birini ittiham edir (FOTO)
3-01-2019, 13:15
Oxunub: 3 926
Nobel prospektində bərpa olunan yol yenidən çöküb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, ərazidə su sızması olduğu üçün hələ də araşdırma işləri aparılır:
"Əvvəl də qeyd etdiyimiz kimi, ərazidə su sızması halının olduğu bildirilir. Bu halda biz hər hansı bir iş görə bilmirik. Sadəcə səbəb müəyyən olunduqdan sonra biz bərpa işlərinə başlaya bilərik. Əks təqdirdə su axır və çökmə hadisəsi yenidən baş verir”.
"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da "Qafqazinfo”ya açıqlamasında bildirib ki, çökmə baş verən ərazidə Azərsu ASC-nin balansında olan hər hansı bir su və kanalizasiya xəttində su sızması halı müşahidə olunmayıb:
"Hazırda iki qrupumuz ərazidə işləyir. Birinci briqada georadar qrupudur. Torpağın altındakı qrunt sularının səviyyəsi və qruntun tərkibini öyrənməklə məşğuldur.
Ərazidə torpağın 24 metr dərinliyindən bir xəttimiz keçir və Bakının əsas plan sularını da o daşıyır. İkinci briqada isə sözügedən quyuya daxil olub daxildən inyeksiya edirlər ki, kənardan qrunt suları bizim xətlərimizə daxil olmasın. Çünki qrunt suları özü ilə birlikdə torpağı da yuyur və bu zaman çökmə hallarıın baş verməsi labüddür. Bunlar ehtimallardır.
Mütəxəssislərimiz yoxlayıb və "Azərsu”nun hər hansı bir xəttində sızma yoxdur. Əksinə, qrunt sularının bizim kollektorlara daxil olması ehtimalı var”.
Qeyd edək ki, yol dekabrın 24-də də çökmüşdü və foto həmin gün çəkilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər