BolgeXeber.Com » Xəbərlər » Anamın öldüyünü hamı bilsin: yas yerindən selfi - VİDEO

Anamın öldüyünü hamı bilsin: yas yerindən selfi - VİDEO

3-01-2019, 13:23
Oxunub: 1 649 Anamın öldüyünü hamı bilsin: yas yerindən selfi - VİDEOİnsanların gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaları artıq adi hala çevrilib.

Bolgexeber.com-un Xəzər TV-yə istinadən məlumatına görə, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya videolarını çəkib öz kədərlərini sosiallaşdırırlar.

Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar.

Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, “Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”, - deyə selfi edərək paylaşıb.

Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.

Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri ola bilər.

Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.