BolgeXeber.Com » Xəbərlər » Yəhya Babanlı “Azərenerji”dən getdi - YENİ TƏYİNAT

Yəhya Babanlı “Azərenerji”dən getdi - YENİ TƏYİNAT

3-01-2019, 18:21
Oxunub: 1 745 Yəhya Babanlı “Azərenerji”dən getdi - YENİ TƏYİNAT"Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, eləcə də qurumun dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.

Bolgexeber.com "Report”a istinadən xəbər verir ki, mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edilib.

İndiyə qədər İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə "Azərenerji”dən ayrılıb.

Qeyd edək ki, T.Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə "Azərişıq” ASC-nin "ASAN xidmət”lə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Yəhya Babanlı “Azərenerji”dən getdi - YENİ TƏYİNAT